28 yaşlı kişi bıçaqlanıb


Kriminal 02 Apr 2018 22:17:00 298 0

28 yaşlı kişi bıçaqlanıb

Qaxda 28 yaşlı kişi bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün günorta saat 15 radələrində rayonun Qapıçay kənd sakini 28 yaşlı Cəfər Xulis oğlu Veysalidze sol ayağının bud və baldır nahiyəsindən kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı Cəfər Veysalidzenin bıçaqlanması məlum olub.