Üzərinə maşın düşdü, öldü


Digərləri 02 Apr 2018 21:51:00 270 0

Üzərinə maşın düşdü, öldü

Qubada bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Təmir zamanı kənd sakini, 1966-cı il təvəllüdlü Xaləddin Kərimovun üzərinə maşın düşüb. O, Quba Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.