Əhaliyə Vətəndaşlıq Xidməti Tresti: Bakıda dəfn üçün əvvəldən yerin ayrılması qəti qadağan olunub


Digərləri 02 Apr 2018 21:33:00 392 0

Əhaliyə Vətəndaşlıq Xidməti Tresti: Bakıda dəfn üçün əvvəldən yerin ayrılması qəti qadağan olunub

"II Fəxri Xiyabanda I Fəxri Xiyabana nisbətən bir qədər sıxlıq olsa da, hazırda hər iki qəbiristanlıqda boş yerlər var. Bu qəbiristanlıqların ərazilərinin genişləndirilməsi məsələsi bu gün gündəmdə deyil".

Son.az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov deyib.

S.Həsənovun sözlərinə görə, bu gün Bakının mərkəzi qəbiristanlıqlarında sıxlıq müşahidə edilir, şəhər kənarındakı qəbiristanlıqlarda isə boş yerlər var.

Baş mühəndis boş torpaq yelərinin daha çox olduğu qəbiristanlıqlar kimi Hövsan, Buzovna, Binəqədi, Biləcəri qəbiristanlıqlarının adını çəkib:

"Mərkəzi qəbiristanlıqlarda sıxlıq var, amma boş torpaq yerləri də var. Biz heç bir qəbiristanlıqdakı yerlərin tam dolduğunu demirik, 1-2 nəfər üçün yer tapılır".

Baş mühəndis əlavə edib ki, cənazəsi olan istənilən şəxs qəbiristanlıqların ƏVXT tərəfindən təyin edilmiş nəzarətçilərinə müraciət edərək dəfn üçün torpaq yeri ala bilər: