Qəzza zolağında baş vermiş toqquşmalarda ölən fələstinlilərin sayı 18ə çatıb


Dünya 02 Apr 2018 21:21:00 262 0

Qəzza zolağında baş vermiş toqquşmalarda ölən fələstinlilərin sayı 18ə çatıb

İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda ölən fələstinlilərin sayı 18 nəfərə çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Associated Press" agentliyi İsrailin rəsmi mənbələrinə istinadən məlumat verib.  Azı 750 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Rəsmi Tel-Əviv son günlər bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti "Həmas" hərəkatının üzərinə qoyub.

Bundan əvvəl Fələstin tərəfi 17 nəfərin öldüyünü, 1500-dək insanın yaralandığını bildirib. İsrail hökuməti baş vermiş iğtişaşlara görə HƏMAS hərəkatını günahlandırıb.