Sabirabad və Salyanda 11 min hektara yaxın qış otlaq sahələri suvarma suyu ilə təmin ediləcək


İqtisadiyyat 02 Apr 2018 19:19:03 328 0

Sabirabad və Salyanda 11 min hektara yaxın qış otlaq sahələri suvarma suyu ilə təmin ediləcək

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev aprelin 2-də “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində işlərin davam etdirilməsi və sahəsi 11000 hektara yaxın olan qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 45,3 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.