Nigar Camal intiqam aldı


Şou-biznes 02 Apr 2018 18:36:00 344 0

Nigar Camal intiqam aldı

Müğənni Nigar Camal "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi küsülü olduğu, ona söz atan müğənnilərdən intiqam alıb.

Camal Səidə Sultanın "Qarib dünya" mahnısını bəyənməyib və onu doqquzuncu edib. Sənətçi "cəsarətli" adlandırdığı Xatunu səkkizinci yerə layiq görüb.

O, aralarında soyuqluq olan Murad Arifin Dilarə Kazımova ilə duetinin yaxşı alınmadığını deyib və onları yeddinci edib.

Nigar danışmadığı Nura Surini altıncı yerə layiq görüb. O, Samir Cavadzadə ilə onun arasını vurduğunu deyən Nura haqda danışmaq istəməyib:

"Mahnını birinci dəfə eşitdim, bəyəndim. Kim nə düşünür özü bilər. Kim dost olmaq istəyir olsun. Onun haqqında danışmaq istəmirəm".

Nigar son qalamqallarında ona dəstək olan İradə İbrahimovanı beşinci edib və ona təriflər yağdırıb:

"İradəni çox bəyənirəm. Deyə bilmərəm ki, mahnını da bəyəndim. Amma xanım kimi ona hörmət edirəm.