Prezident İlham Əliyev Mövlud Balakişiyevi “Şöhrət” ordeni ilə təltif edib


Siyasət 02 Apr 2018 18:07:00 209 0

Prezident İlham Əliyev Mövlud Balakişiyevi “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Mövlud Balakişiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) "Şöhrət" ordeni ilə təltif edilsin.