Umtiti: "Neymarın özü "Real"a keçmək istəyirsə, transfer baş tutacaq"


İdman 02 Apr 2018 18:07:00 281 0

Umtiti: "Neymarın özü "Real"a keçmək istəyirsə, transfer baş tutacaq"

"Barcelona" və Fransa milllisinin müdafiəçisi Samuel Umtiti yerli kanala müsahibəsində bəzi məqamlara toxunub. Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu ilk öncə həmyerlisi Antuan Qrizmannın katalon klubuna transferi ətrafında söz-söhbətlərə toxunub.

"Qrizmannla ünsiyyətdə agent rejiminə keçirəm. Əlbəttə, bu zarafatdır. Amma bu barədə çox danışırıq. Antuanın "Barcelona" ilə bağlı fikirlərini öyrənməyə çalışdım. Klub haqqında hər kəs yaxşı düşünür. Qrizmann bizə qoşulsa, 6 hücumçu ilə oynamalı olacağıq".

Umtiti sabiq komanda yoldaşı Neymarın "Real"a keçmək ehtimalına da münasibət bildirib.

"Futbolda hər şey mümkündür. "Barcelona"da oynamaq "Real"a gedə bilməyəcəyin anlamına gəlmir. Neymarın özü "Real"a keçmək istəyirsə və klub da bu trasnferdə maraqlıdırsa, keçid baş tutacaq".