Şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəsatəti təmin edilmədi


Digərləri 02 Apr 2018 17:57:00 267 0

Şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəsatəti təmin edilmədi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.

O bildirib ki, məhkəmə istintaqı zamanı iş üzrə ifadə verən şahidlər təqsirləndirilən şəxsin hadisə yerindən qaçmadığını bildiriblər. Vəkil şəxsin hadisə zamanı psixoloji sarsıntı keçirməsi, bununla bağlı psixoloji ekspertizanın təyin edilməsi və məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət qaldırıb. 

Məhkəmə verilən vəsatəti təmin etməyib.