Qubaya yağan qar alpinistlərin axtarışını çətinləşdirdi


Digərləri 02 Apr 2018 17:41:00 275 0

Qubaya yağan qar alpinistlərin axtarışını çətinləşdirdi

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.

Son.az xəbər verir ki, axtarışlarda iştirak edən alpinistlər Trend-ə açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: "Martın 31-də Qubaya yenidən qar yağıb. Ərazidə qar daha 10 santimetr artıb. Ona görə də axtarışlar qısmən çətinləşib. Amma buna baxmayaraq axtarışlar davam etdirilir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.