Təcrübəli hücumçu dünya çempionatına getmək istəyir


İdman 02 Apr 2018 17:28:00 223 0

Təcrübəli hücumçu dünya çempionatına getmək istəyir

"Bournemouth"un hücumçusu Jermeyn Defo İngiltərə millisinin heyətində dünya çempionatına yollanmaq arzusundadır. Goal.az xəbər verir ki, təcrübəli forvard start heyətində meydana çıxmamağa belə hazır olduğuna işarə vurub.

"Çıxıb oynayıb dünya kubokunu qazanardım, bu qədər sadə. 2-3 dəqiqə meydanda olursan və imkan yarananda istifadə edirsən. Turnirdə start heyətinin üzvlərindən başqa, bütün komanda vacib rol oynayır. Bu mövsüm istədiyim kimi getməsə də, bədbin ola bilmərəm. Heç kim ehtiyatda oturmaq istəmir. Ehtiyat skamyada oturmaqla barışanda artıq oynamağa dəyməz. Hiss edirəm ki, hələ çox qollar vura bilərəm".