İtkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapıldı


Digərləri 02 Apr 2018 16:42:00 246 0

İtkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapıldı

Oğuzda iki həftədən çoxdur itkin düşən şəxsin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Qoxmaz Qurbanəli oğlu İsmayılovun meyiti yaşadığı kəndin inzibati ərazisində, Qala çayın sahilində meşəlik-kolluq ərazidə atası tərəfindən ağacdan asılı vəziyyətdə aşkar edilib.

Son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkən 24 yaşlı Qorxmaz İsmayılovun intihar etdiyi məlum olub.