Qorxu filmi "CinemaPlus"da peşəkar Azərbaycan dublyajında nümayiş olundu


Digərləri 02 Apr 2018 16:08:00 298 0

Qorxu filmi "CinemaPlus"da peşəkar Azərbaycan dublyajında nümayiş olundu

Premium kinoteatrlar şəbəkəsi "CinemaPlus"-da 2018-cı ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa və Kanada istehsalı olan "Ruhlar ölkəsi" filminin  nümayişi baş tutub.

Dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Xumar Quluzadə, baş prodüseri Cəfər Axundzadədir.

Filmi səsləndiriblər: Nəzakət Məmmədli, Zarina Qurbanova, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Səid Nizami, Rövşən Məmmədli və Vüsalə Məmmədzadə.

Qorxu filminin rejissoru Pascal Laugierdir.