"Ya sizin sehrli çubuğunuz var, ya da siz kiminsə çubuğusunuz"


Siyasət 02 Apr 2018 15:30:00 304 0

"Ya sizin sehrli çubuğunuz var, ya da siz kiminsə çubuğusunuz"

"Əfsuslar olsun hər dəfə ölkəmiz böyük tədbirlərə ev sahibliyi etmək ərəfəsində və ya seçkilər vaxtı bir qrup insan xüsusi canfəşanlıq göstərməyə başlayırlar. Cəmiyyət artıq buna adət edib. Amma son zamanlar bu qüvvələr daha da irəli gedərək nə siyasi əxalaqa, nə də xalqımızın mental dəyərlərinə uyğun olan eybəcərliklərə əl atırlar. Bəli, yüngül formada desək, bu eybəcərlikdir".

Son.az bildirir ki, bunu SİA-ya millət vəkili Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, hər bir şəxsin seçim azadlığı var: "Hər kəs sərbəst sürətdə fikirlərini ifadə edə bilər. Məlumat əldə etmək və paylaşmaq çox asandır. Amma belə olmaz! Son zamanlar qarşı tərəf az qala təbii hadisələri də siyasiləşdirməyə çalışır. Məsələn bu gün güclü külək əsdi bunun səbəbi iqtidardır və s. Gülməlidir. Gülməli olduğu qədər də acizlikdir. Siyasi mübarizə aparmaq istəyirsiniz gəlin aparaq. Amma normalar çərçivəsində. Bizim seçimiz bilinir. Bu, İlham Əliyevdir. Bəs siz kimi seçirsiniz, kimə qulluq edirsiniz, Avropada heç bir yerdə işləməyə-işləməyə necə bu qədər rahat şəkildə hər gün bir şəhərdə olursunuz, necə olur ki, sistemli şəkildə müxtəlif yerlərdə yaşamağınızdan asılı olmayaraq eyni məlumatlar əsasında öz aləminizdə bizə hücum çəkirsiniz və s. Sadə suallardı. Amma heç vaxt bu tipli suallara cavab vermək istəmirsiniz. Ya sizin sehrli çubuğunuz var, ya da siz kiminsə çubuğusunuz. Mübarizəyə hazıram".