"Forbes" jurnalının redaksiyasında axtarış aparılır


Dünya 02 Apr 2018 15:11:00 252 0

"Forbes" jurnalının redaksiyasında axtarış aparılır

Qazaxıstan polisi Almatıda "Forbes Kazakhstan" jurnalının redaksiyasında axtarış həyata keçirilir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Forbes Kazakhstan" jurnalının təsisçisi Armanjan Baytasovun saytında məlumat verilib.

Bildirilib ki, bu gün jurnalın redaksiyasına iki əməliyyat qrupu daxil olub. Onlardan biri axtarışlar həyata keçirib, digəri jurnalın baş redaktoru Aleksandr Vorotilovu aparıb. Həmçinin redaksiya heyəti kabinetdə saxlanılır, onların mobil telefonları əllərindən alınıb, istintaq tədbirləri həyata keçirilir.