"Vidadi əslində rüşvətxorun biri olub"


Siyasət 02 Apr 2018 15:07:00 285 0

"Vidadi əslində rüşvətxorun biri olub"

"Yaşadığı qadından, ikinci həyat yoldaşından doğulan övladını burada bir kənara ataraq özündən bir mələk obrazı formalaşdırmağa çalışır. Vidadi İsgəndərli mütəmadi olaraq Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları haqqında da təhqiramiz ifadələr işlədir".

Son.az SİA-ya istinadən bildirir ki, QHT sədri Fatimə Hacıbəyli Avropada "siyasi mühacir" adı altında Azərbaycan dövlətinin maraqlarına, eləcə də nüfuzlu ictimai-siyasi şəxslərə qarşı təhqirlər yağdıran Vidadi İsgəndərli barədə fikirlərini "Facebook" vasitəsi ilə münasibət bildirərkən qeyd edib.

Onun fikrincə, V.İsgəndərli yalnız hüquq mühafizə orqanları əməkdaşları haqqında deyil, müxtəlif vəzifəli şəxslər, siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələri haqqında da həqiqətə uyğun olmayan fikirlər səsləndirir: "Bunun əvəzində isə şantajla pul qazanır. Çoxları bilmir ki, Vidadi sistemdə işləyəndə necə rüşvətxorun biri olub. İşində buraxdığı ciddi nöqsanlara görə Prokurorluq orqanlarından uzaqlaşdırılan Vidadi İsgəndərov özünə Qeyri-Hökumət Təşkilatı yaradaraq, həmin təşkilatın adından ayrı-ayrı dövlət orqanları və vəzifəli şəxslər haqqında sosial şəbəkələrdə böhtan və şantaj xarakterli məlumatlar yayaraq, özünə reytinq qazanmaq istəyib".

F.Hacıbəyli digər ilginc nüansa da toxunub. O, V.İsgəndərlinin anasının və qardaşının böyük narahatlıq keçirdiklərini, onun çirkin əməllərinə etiraz etdiklərini qeyd edib: "Görün Vidadi necə bir insandır ki, anası Həbibə İsgəndərova və qardaşı İsfəndiyar İsgəndərov dövlət başçısına müraciətdə Vidadinin fəaliyyəti ilə əlaqədar öz narazılıqlarını bildiriblər".