Cocuq Mərcanlıda poçt bölməsi açıldı


Digərləri 02 Apr 2018 14:47:00 266 0

Cocuq Mərcanlıda poçt bölməsi açıldı

"Azərpoçt" MMC Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində poçt bölməsi açıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə poçt rabitəsi bazarındakı mənbə deyib.

Hazırda bölmədə sakinlərə ənənəvi poçt xidmətləri göstərilir.

Mənbə bildirib ki, perspektivdə xidmətlərin siyahısı genişlənəcək və poçt operatoru maliyyə xidmətlərini də işə salacaq. Poçt bölməsində maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı müraciət artıq müvafiq instansiyaya göndərilib.