"TAP Avropanın enerji təhlükəsizliyini artırmaqla bağlı ssenariyə tam cavab verir"


Dünya 02 Apr 2018 14:19:00 292 0

"TAP Avropanın enerji təhlükəsizliyini artırmaqla bağlı ssenariyə tam cavab verir"

Avropa Komissiyası "Köhnə qitə"də qaza olan tələbatın artdığını bəyan edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının hesablamalarına görə bu qitədə qaz istehlakının ümumi həcmi 2010-cu ildən bəri ən yüksək həddə çataraq 491 mlrd. kubmetr təşkil edib.

"İstehlakın həcminin artması enerji sektoruna tələbin artması, eyni zamanda kömürün istifadəsinin azalması və qazla əvəzlənməsi ilə əlaqədardır. Buna görə də sabit artım tempi müşahidə edilir", - deyə məlumatda vurğulanıb.

Avropa Komissiyasının mütəxəssisləri hesab edir ki, qaz istehlakının artım tempinə görə İtaliya 1-ci yerdə qərarlaşıb. 2014 -2017-ci illər ərzində Avropa Birliyində mavi yanacağa artan tələbatın 36%-i Almaniya və İtaliyanın payına düşüb. O cümlədən Avropada ən yüksək enerji xərcləri İtaliyaya məxsusdur.