İsa sağdır, qəlbinizin səsinə qulaq asın


Digərləri 02 Apr 2018 13:54:00 268 0

İsa sağdır, qəlbinizin səsinə qulaq asın

"İsa Məsih sağdır! Qəlbinizin səsinə qulaq asın, ürəyinizi dinləyin! İsanın kəlamları ümid və ləyaqət verir. Aclıq, səfalət, kasıblıq, yoxsulluq, işsizlik və səfalətin olduğu, miqrantlarla qaçqınların əzab çəkdiyi, çağdaş mədəniyyətin bu insanları qəbul etmədiyi, narkotik maddələr satıcıları, insan alverçiləri, quldarlığın müasir formalarını yaşadanların özlərini rahat hiss etdikləri dünyada qəlblərimiz daşa çevrilməməlidir".

Dünya katoliklərinin lideri, Roma Papası 1-ci  Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr kilsəsində ənənəvi Pasxa ibadətində belə deyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, pontifik Müqəddəs Pyotr meydanına yığılmış yüz minlərlə katolikin qarşısında "Urbi et Orbi" ("Şəhərə və dünyaya") xütbəsi ilə çıxış edib.

Bundan əvvəlsə o, bir neçə insanın vəftiz mərasiminə keçirib. Onların arasında silahlı qulduru, zərərsizləşdirmiş nigeriyalı evsiz-eşiksiz miqrant da vardı.