Müğənni Rusiya vətəndaşına "atıb"? FOTO


Digərləri 02 Apr 2018 13:46:00 229 0

Müğənni Rusiya vətəndaşına "atıb"?  FOTO

Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı keçmiş sevgilisinin onun qızıllarını oğurladığını iddia edib.

Son.az xəbər verir ki, qafqazinfo-ya müraciət edın Kənan Musayev bildirib ki, 18 il əvvəl Gəncə şəhərərində tələbə ikən çörək satan Şəlalə İsmayılova ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar: "Jalə adlı bir qızımız oldu, onlara ev alıb verdim, özüm isə işlərimə görə Rusiyaya getdim. Ailəm də evliliyimə qarşı idi. 15 ildən sonra Bakıya qayıdıb başqa bir şəxslə rəmsi olaraq evləndim, iki övladım var. Sonradan Jaləni də ailəmin içinə gətirdim, ona ad günü etdim, hədiyyələr verdim, bu uşaqlardan ayırmadım. 

2018-ci il yanvarın 5-də Moskvadan qayıdanda birinci Jalə ilə anasının yanına getdim, onlara hədiyyələrini verdim. Həmin vaxt çemodanımda özümə və yoldaşıma məxsus 15 min manatlıq dəyəri olan qızıllar var idi. Mən Şəlaləgildə əl-üzümü yuyub çay içdim, çıxanda baxdım ki, qızıllar yoxdu. Onlar oğurlamışdı, amma əvvəl boyunlarına almadılar. Bir müddət sonra telefonla danışanda Şəlalə də, Jalə də qızılların onlarda olduğunu etiraf etdilər. Mən 16-cı Polis Bölməsinə şikayət etdim, polislər Şəlalənin evinə gedəndə o 102-yə zəng edib hay-küy salır. Sonra Nərimanov prokurorluğu dələduzluq maddəsi ilə cinayət işi açıb materialları Şəlaləgilin qeydiyyatda olduğu və faktiki yaşadığı Nəsimi rayon prokurorluğuna göndərdi.


Xəbərə aid fotolar