Məşhur otel şəbəkəsi Azərbaycan və Gürcüstandan gedir


Digərləri 02 Apr 2018 13:10:00 233 0

Məşhur otel şəbəkəsi Azərbaycan və Gürcüstandan gedir

Qubadakı beşulduzlu otel rebrendinq etdi.

Azərbaycanın səfalı təbiəti qoynunda, Qubada dağların ətəyində, beşulduzlu "Quba Rixos" oteli rebrendinq edib. 2018-ci il aprelin 1-indən otel "Quba Palace" adı ilə öz qonaqlarını qəbul edəcək.

Son.az xəbər verir ki, hazırda Azərbaycanda otel menecmentliyi sahəsində ən peşəkar kadrları öz ətrafında cəmləşdirən "Quba Palace" eyni komanda ilə yeni brend altında fəaliyyətini davam etdirəcək.

Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, Azərbaycanın regionlarında ən böyük və ən populyar otel olmaqla "Quba Palace", yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq, yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.

Otel rəhbərliyi "Rixos" brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib. Belə ki, "Rixos" brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq, rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı "Quba Rixos" oteli "Quba Palace", Gürcüstandakı "Rixos Borjomi" isə "Borjomi Likani" adını daşıyacaqlar.


Xəbərə aid fotolar