DİM hazırlıq kursu təşkil edəcək


Digərləri 02 Apr 2018 13:12:00 239 0

DİM hazırlıq kursu təşkil edəcək

DİM 2018-ci il 7-8 aprel tarixlərində Şəki şəhərində Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edəcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, Şəki şəhərində 2018-ci il 7-8 aprel tarixlərində DİM-in Şəki Regional Bölməsində (M.Rəsulzadə prospekti 182) Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edilir.