“Peşəkar aktyorluq dərsləri” kitabı işıq üzü görüb


Digərləri 02 Apr 2018 12:42:23 202 0

“Peşəkar aktyorluq dərsləri” kitabı işıq üzü görüb

Kitab teatr, rejissor, aktyor sənətinin tədrisi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri olan görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabı çapdan çıxıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, kitaba müəllifin ABŞ-da keçirdiyi mühacirət illərində (1935-1954) yaradıcılıq studiyasında oxuduğu mühazirələri daxil edilib.

Aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdəarxasını yüksək məharətlə açan mühazirələrdə bu çətin sənətin zirvəsinə aparan yollar, yüksək səhnə peşəkarlığının qazanılması metodları dərin təhlillər və araşdırmalarla izah olunur.

Kitab teatr, rejissor, aktyor sənətinin tədrisi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.