Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı


Dünya 02 Apr 2018 12:12:00 234 0

Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər.

Son.az report-a istinadən xəbər verir ki, ikitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub.

Hərbçilər bir həftə ərzində artilleriya, hava hücumundan müdafiə və aviasiyanın dəstəyi ilə kəşfiyyat-zərbə konturlarının tərkibində taktiki gedişlər üzərində işləmək niyyətindədir. Manevrlərə həmçinin pilotsuz uçan aparatlar da cəlb ediləcək.