Bitkoin bu il 50%-dən dəyərdən düşüb


İqtisadiyyat 02 Apr 2018 12:02:26 254 0

Bitkoin bu il 50%-dən dəyərdən düşüb

İnvestorlar hər bitkoinə görə 6 750 dollar itiriblər

2017-ci ildə bitkoin investorların kriptovalyutalara qarşı müsbət münasibətindən nəticəsi olaraq1 375% bahalaşsa da,bu il vəziyyət kəskin dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 2018-ci ilin I rübü bitkoinin dövriyyəyə buraxıldığı2010-cu ildən indiyə qədər onunüçün 2-ci ən uğursuzrüb olub.

Yanvar-mart aylarında kriptovalyuta50% dəyər itirib və 6 900 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bundan daha pis vəziyyət isə 2011-ci ilin III rübündə qeydə alınıb. Həmin vaxt bitkoin 68% dəyərdən düşüb. Onu da qeyd edək ki, əgər 2011-ci ildəki rekord azalma vaxtıinvestorlar hər bitkoin üçün 11 dollar itirdikləri halda, 2018-ci ildə bu məbləğ6 750 dollar təşkil edib.

Bitkoinin ucuzlaşması kriptovalyuta bazarında baş verən enmələrfonunda baş verib. Belə ki, efiriumun qiymətibu ilyanvar ayınınortasında 1 369 dollara çatsa da,rübün sonunda bu rəqəm394 dollar olub. Yəni, rkiptovalyuta 70%-dən çox ucuzlaşıb. "Ripple"in qiyməti isə yanvarın 4-dəki3,84 dollardan 0,52 dollara düşüb. Hesabat dövründəkriptovalyuta bazarının ümumi kapitallaşması isə54% azalaraq 277 mlrd. dollar təşkil edib.