"Arvadım qumar oynayıb, 4 milyon uduzub"


Digərləri 02 Apr 2018 11:54:00 250 0

"Arvadım qumar oynayıb, 4 milyon uduzub"

"Arvadımın bu əməli məni heyrətləndirib. Şok vəziyyətindəyəm. Axı məni niyə belə aldatdı?! Axı mən onu sevirdim?!"

İnformasiya texnologiyaları sahəsində çalışan Kristofer Forte belə deyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 36 yaşlı K.Fortenin dediyinə görə, 38 yaşlı xanımı Culiana Posman üst-üstə 4 milyon dollar borcdadır. Səbəb qadının ərindən gizli olaraq qumar oynaması və uduzmasıdır.

Kristoferin dediyinə görə, onların ikisi də İngiltərənin Surrey qraflığındakı Ekham şəhərində bir şirkətdə çalışanda tanış olublar.

Əslən İndoneziyadan olan Culiana Posman o zaman Kristoferə demişdi ki, Almaniyadakı fond birjalarında, DAC indeksində adı keçən şirkətlərin səhmləri ilə əməliyyatlar edərək pul qazanır.

"Mənə dedi ki, gündə ən azı 10 min funt-sterlinq qazanır. Ağıllı, istedadlı biznesmen olduğunu düşünürdüm. Sonra bəlli oldu ki, illik gəliri 90 min funtmuş. Pulları da birjadan yox, qumar oynamaqla qazanıbmış", - K.Forte söyləyib.


Xəbərə aid fotolar