Azərbaycanın avtomobil yollarında sürüşmə aktivləşib - Bu yollar təhlükədə


Digərləri 02 Apr 2018 11:57:00 170 0

Azərbaycanın avtomobil yollarında sürüşmə aktivləşib - Bu yollar təhlükədə

Bu il mart ayı ərzində Azərbaycanın bəzi ərazilərində lokal sürüşmə sahələri yaranıb, bəzi avtomobil yollarında uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Bu il mart ayı ərzində Azərbaycanın bəzi ərazilərində lokal sürüşmə sahələri yaranıb, bəzi avtomobil yollarında uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi - teleqüllədən 200-250 metr cənub-şərqdə ötən ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilməyib. Ə.Qaralov qeyd edib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi, ətraf ərazilərdə, Binəqədi 1-ci mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında təbii amillərin (atmosfer yağıntıları) aktivləşmə olub. Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesi nisbi aktivləşib. Ə.Qaralov əlavə edib ki, mart ayı ərzində Muğanlı-İsmayılllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində atmosfer yağıntılarınını təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Yolboyu bir neçə yerdə lokal sürüşmə sahələri müşahidə olunub. İsmayılllı rayonunun Diyallı sürüşmə sahəsində nisbi aktivlik olub. Zərnəvar sürüşmə sahəsində aktivləşmə müşahidə edidli, mövcud çatların parametrləri artıb və sürüşmə sahəsinin sərhədləri genişlənib. Xankəndi sürüşmə sahəsində aktivləşmə müşahidə olunub, İstisu sürüşmə sahəsinin parametrləri artıb. Siyəzən rayonu Sədan srüşmə sahəsi-eyniadlı kənd ərazisində aparılna müşahidlər zamanı nisbi aktivləşmə qeydə alınıb. Şabran rayonu Bakı-Samur avtomobil yokunun 120-ci kolimetrliyi sürüşmə sahəsində - sahədə səthi yuyulma prosesinin təzahürləri müşahidə edilib. Şabran rayonunun Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb. Ə.Qaralov deyib ki, Quba rayonunun Quba -Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə sahəsində aktivlik qeydə alınıb. Qusar rayonunda Qusar-Sudur avtomobil yolunun 37-ci kolomerliyində sürüşmə sahəsinin dinamikasında stabillik müşahidə olunub.