Robert Sekuta Azərbaycanı tərk etdi


Siyasət 02 Apr 2018 11:29:00 234 0

Robert Sekuta Azərbaycanı tərk etdi

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanı tərk edib.

Son.az APA-ya istinadən xəbər verir ki, o, diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb.

Keçmiş səfir təqaüdə çıxmağa qərar verib.

R. Sekuta Azərbaycanda səfir kimi 2015-ci ilin fevralından fəaliyyət göstərib.

ABŞ-ın Azərbaycandakı səfiri postuna hələlik təyinat olmayıb.