Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?


Digərləri 02 Apr 2018 10:15:00 157 0

Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?

Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?

Bakı. Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar hər bir məntəqə seçki komissiyası Brayl əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Seçki-2018" Müstəqil Media Mərkəzinə bildirilib ki, gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar onlar üçün hazırlanmış xüsusi trafaretlərdən istifadə etməklə seçki günü sərbəst şəkildə istədikləri namizədə səs verəcəklər.