Azərbaycan ötən il Saratovdan 60 mln. dollar məbləğində aqrar sənaye məhsulu idxal edib


İqtisadiyyat 02 Apr 2018 08:46:59 240 0

Azərbaycan ötən il Saratovdan 60 mln. dollar məbləğində aqrar sənaye məhsulu idxal edib

İdxalın əsas hissəsini buğda və arpa təşkil edib

Rusiyanın Saratov vilayəti ötən il Azərbaycana aqrar sənaye məhsulu ixracını artırıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-dekabr ayları ərzində Saratovdan Azərbaycana 60,6 milyon dollar məbləğində aqrar sənaye məhsulu idxal olunub.

Azərbaycan və Türkiyə (51,6 mln dollar) sözügedən məhsulların idxalına görə 54 ölkə arasında birinci sırada qərarlaşıb.

Saratov vilayəti ötən ilin analoji dövrü ərzində Avropa, Asiya, Şimali Amerika, Yaxın Şərq və Afrika ölkələrinə ümumilikdə 332,8 milyon dollar məhsul ixrac edib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 10,8 faiz çoxdur.

İxracın 53% -dən çoxu heyvan və bitki mənşəli yağlar və onların parçalanması məhsulları, həmçinin hazır yeyinti yağlarının payına düşüb.

Azərbaycana, əsasən buğda və arpa ixrac olunub.