İdman Akademiyası qarşısında yolu keçmək istəyən sürücünü maşın vurub FOTO


Digərləri 02 Apr 2018 08:29:00 273 0

İdman Akademiyası qarşısında yolu keçmək istəyən sürücünü maşın vurub  FOTO

Bakının Nərimanov rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az report.az-a istinadən bildirir ki, 1983-cü il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Pərviz Cuma oğlunu taksi fəaliyyəti ilə məşğul olan "01-BP-970" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub.

Hadisə o, avtomobilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası qarşısında saxlayaraq yolun digər tərəfinə keçmək istədiyi zaman baş verib. Piyada yolu keçərkən, "Mercedes" akademiya qarşısındakı yeraltı yol ötürücüsündən çıxırmış.

Sürücü dərhal P. Ömərovu nəqliyyat vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü məsuliyyətə cəlb edilib.


Xəbərə aid fotolar