Florida sakinlərinə alliqatorların artan aktivliyi ilə bağlı xəbərdarlıq olunub


Dünya 02 Apr 2018 07:58:27 242 0

Florida sakinlərinə alliqatorların artan aktivliyi ilə bağlı xəbərdarlıq olunub

Artıq üç evə alliqator keçməsi faktı qeydə alınıb

ABŞ-ın Florida ştatının Sarasota şəhəri sakinlərinə havanın hərarətinin yüksəlməsi fonunda sürünənlərin artan fəallığı ilə əlaqədar alliqatorların həyət və evlərə daxil olması təhlükəsi barədə xəbərdarlıq olunub.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Bununla belə, artıq şəhərdəki evlərdən birinin hovuzunda alliqator aşkar olunub. Həmçinin alliqatorların iki sakinin evinə keçməsi halı qeydə alınıb.

Polis insanları su hövzələri yaxınlığında istirahət zamanı ehtiyatlı olmağa, eyni zamanda bu sürünənlərə qarşı hörmət və ehtiyatla yanaşmağa çağırıb.