Uzunmüddətli tətil iş prosesinə necə təsir göstərir?


Digərləri 02 Apr 2018 07:28:00 240 0

Uzunmüddətli tətil iş prosesinə necə təsir göstərir?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İş həyatımızın ayrılmaz hissəsidir. Amma hər nə qədər işimizi sevdiyimizi desək də, müəyyən müddətdən sonra insan yorulur. Məhz bu anda insanın köməyinə tətil gəlir. Yaxşı tətil həm də insanı işə motivasiya edir. Dincəldikdən sonra işə qayıtdıqda, daha faydalı şəkildə çalışırıq. Çünki bütün yorğunluğumuz silinib gedir. Amma bəzən tətil müddəti o qədər uzun çəkir ki, insan dincəlməkdən yorulur. İş, əvvəlki həyatımız üçün darıxmağa başlayırıq. Hətta işə qayıdarkən belə, əvvəlki qədər həvəsli olmuruq. Bəs gənclərimiz necə düşünür, uzunmüddətli tətil iş prosesinə necə təsir göstərir?

"Hər şey qədərində gözəldir"

Eşqin  Nuruşov, jurnalist

  Eşqin deyir ki, tətil hər kəs üçün faydalıdır. Amma müddəti qədərində olarsa, daha yaxşı olar: "Müddətindən asılı olmayaraq, tətil hər kəsə lazımdır. İstər iş, istərsə də təhsildə çəkilən əziyyətin yorğunluğunu çıxarmaq çox vacibdir. Bu, insanın sonrakı fəaliyyəti baxımından da mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, uzunmüddətli tətilin həm mənfi, həm də müsbət tərəfləri var. Mənfi tərəfinə nəzər salsaq, deyə bilərik ki, işdən və ya dərslərimizdən bir müddət uzaqlaşırıq. Həmçinin uzunmüddətli tətil insanı bir az tənbəlləşdirir. Belə olanda tətilin bitməsini istəmirsən. Necə deyərlər, tətilin dadı bir neçə gün damağında qalır".

Müsahibim deyir ki, tətil bitəndən sonra isə iş mühitinə uyğunlaşmaq xeyli vaxt alır: "Hətta bəzən bu proses bir həftə də davam edə bilir. Bundan başqa, tətildən sonra ilk iş günündə həmin şəxsin işə və ya dərsə çox həvəslə yanaşmadığını müşahidə etmək mümkündür. Bu halın aradan qalxması üçün bir müddət vaxt lazım olur. Hesab edirəm ki, burada psixoloji amillər var. Çünki bir həftə ərzində səhər tez oyanmağa, işə tələsməyə məcbur olmursansa, bu səndə adət halını alır. Amma digər tərəfdən, istirahət edib bir müddət iş gərginliyindən uzaq olursan və işə yeni, müsbət əhval-ruhiyyə ilə başlayırsan. Bu qarşılaşdığın problemləri həll etmək, işlərin öhdəsindən asanlıqla gəlmək üçün səni motivasiya edir. Həmçinin yaxşı tətil etdikdən sonra insan artıq özünü növbəti dövr üçün hazır hiss edir. Bir növ özümüzə enerji ehtiyatı yığmış oluruq. Ona görə də fikirləşirəm ki, tətilin müddəti qədərində olarsa, daha faydalıdır".

"İş həmişə var, tətil isə ildə bir dəfə olur"