Küveytdə iki avtobus toqquşub, 15 nəfər ölüb, 4-ü yaralanıb


Dünya 02 Apr 2018 04:53:19 257 0

Küveytdə iki avtobus toqquşub, 15 nəfər ölüb, 4-ü yaralanıb

Avtobuslar işçiləri daşıyıblar

Küveytdə iki avtobusun toqquşması nəticəsində 15 nəfər ölüb və 4 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Khaleej Times" nəşri yazıb.

Hadisə paytaxt Küveytin şimalından keçən "Artel Highway" şosesində qeydə alınıb. Avtobuslar işçiləri daşıyıblar.

Hadisə yerinə gələn mülki müdafiə xidməti qüvvələri avtobuslarda sıxılıb qalmış 4 nəfəri xilas ediblər. Zərərçəkmişlər hospitala aparılıb.

Qəzanın digər təfərrüatları məlum deyil.