Meksika həbsxanasında qiyam nəticəsində 7 polis ölüb


Dünya 02 Apr 2018 04:45:50 324 0

Meksika həbsxanasında qiyam nəticəsində 7 polis ölüb

Asayiş keşikçilərinin tüstüdən boğulduğu ehtimal edilir

Meksikanın Verakrus ştatında yerləşən "La Toma" həbsxanasında dustaqların qiyamı nəticəsində 7 polis əməkdaşı həyatını itirib.

“Report” "Universal" nəşrinə istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları şənbə günü mühafizə rəisinin istefası tələbi ilə qiyam qaldırılan həbsxanada vəziyyəti nizama salmağa çalışıblar.

Xarrat alətləri ilə silahlanan məhbuslar isə asayiş keşikçilərinə müqavimət göstəriblər və bir neçə döşəyə od vurublar.

Nəşr yazır ki, polis əməkdaşları tüstüdən boğula bilərlər. Hazırda faktla bağlı araşdırma aparılır.

Təhlükəsizlik qüvvələri bazar günü səhər saat 6 radələrində qiyamı yatıra biliblər.