Fransada uçan aparat qəzaya uğrayıb, ölən və yaralanan var


Dünya 02 Apr 2018 01:49:23 273 0

Fransada uçan aparat qəzaya uğrayıb, ölən və yaralanan var

Hadisə bazar günü İzer departamentində baş verib

Fransanın İzer departamentində yüngül uçan aparatın qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Europe1" radiostansiyası məlumat yayıb.

Hadisə bazar günü departamentin şimal hissəsində baş verib. Qurğunun göyərtəsində 2 nəfər olub.

Hadisə nəticəsində 52 yaşlı kişi yerində ölüb, 30 yaşlı digər şəxs isə ağır yaralanaraq Qrenobl xəstəxanasına yerləşdirilib.

Jandarmeriya hadisə ilə bağlı araşdırmaya başlayıb.