Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək


Dünya 02 Apr 2018 01:12:06 310 0

Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

İclas aprelin 3-nə nəzərdə tutulub

Ərəb Dövlətləri Liqası (ƏDL) aprelin 3-də Qəzza zolağındakı vəziyyətlə bağlı daimi nümayəndələr səviyyəsində təcili iclas keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Pan-Ərəb Təşkilatı baş katibinin Fələstin işləri üzrə köməkçisi Səid Əbu Əli "Ad Dustour" qəzetinə müsahibəsində deyib.

Təcili yığıncağın keçirilməsi sorğusu ilə Fələstin müraciət edib. Misir, Küveyt və İordaniya onu dəstəkləyib.