Qubada iki maşın toqquşub,


Digərləri 01 Apr 2018 23:49:00 235 0

Qubada iki maşın toqquşub,

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun Qubanın Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  "Shacman" markalı yük maşını ilə minik maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan ata və azyaşlı oğlu xəsarət alıb. 1989-cu il təvəllüdlü Xalid Məmmədov və onun 3 yaşlı oğlu ilkin tibbi yardımdan sonra Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.