Zərurətdə namazı birləşdirmək olarmı?


Digərləri 01 Apr 2018 23:20:00 237 0

Zərurətdə namazı birləşdirmək olarmı?

Ümumiyyətlə, namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır.

Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatı boyu bir gün heç bir səbəb olmadan namazları birləşdirib qılıb. İbn Abbas (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsri, Məğriblə İşa namazlarını bir vaxtda qıldı". İbn Abbasdan (Allah ondan razı olsun): "Bunu nə üçün etdi?" - deyə soruşdular. O isə belə cavab verdi: "O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi". (Muslim, 705). Ona görə ciddi ehtiyac olduqda, adət halına salmadan Zöhr namazı ilə Əsr namazını, Məğrib namazı ilə də İşa namazını birləşdirmək olar. İki namazı birləşdirərkən hər hansı birinin vaxtında qılmaq icazəlidir. Yəni, Zöhrlə Əsri birləşdirisinizsə, Zöhrün girdiyi vaxtdan Əsrin çıxdığı vaxta qədər, Məğriblə İşanı birləşdirirsinizsə, Məğribin girdiyi vaxtdan İşanın çıxdığı vaxta kimi bu namazları birləşdirib qıla bilərsiniz.