Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib


Dünya 01 Apr 2018 22:00:41 239 0

Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib

Türkiyə prezidenti israillilərin hərəkətlərini amansız hücum adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə silahlı qüvvələrinin dinc əhaliyə qarşı guya cinayət törətməsinə qarşı səsləndirdiyi sözlərə görə tənqid edib və öz növbəsində Tel-Əvivi terror siyasəti aparmaqda günahlandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, yəhudilərin hərəkətlərini açıq-aşkar qeyri-insani hücum adlandırıb.

"Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətli mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır", — deyə Ərdoğan Adanada çıxışı zamanı bildirib.