Goranboyda motosikletlə avtomobil toqquşub,


Digərləri 01 Apr 2018 21:47:00 216 0

Goranboyda motosikletlə avtomobil toqquşub,

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü rayonun Kəpənəkçi kənd sakini 1966-cı il təvəllüdlü Abdullayev Asif İnşallah oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.  Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla araşdırma aparılır.