Su hansı hallarda zərərlidir?


Digərləri 01 Apr 2018 21:35:00 254 0

Su hansı hallarda zərərlidir?

Nə demiş Nizami? "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da".

Bu həqiqətən də belədir. Bəzən suyun yol açdığı fəsadlardan qurtulmaq, orqanizmin susuzluğu probemindən qurtulmaqdan qat-qat daha çətindir. Gəlin görək, su hansı hallarda faydalı olmaqdan çıxır?

Son.az bildirchin.az-a istinadən bildirir ki, yatmazdan öncə su içmək məsləhət görülmür. Səbəblər sadədir. Birinci səbəb yuxunun pozulmasıdır. Belə ki, su içdiyiniz təqdirdə gecə ayaqyolu ehtiyacınızı ödəmək üçün oyanacaq, daha sonra isə yatmağa çətinlik çəkəcəksiniz. İkinci səbəb isə böyrəklərin gecə fəal işləməməsinə görə səhər oyandığınız zaman üzünüzün və ayaqlarınızın şişmə ehtimalıdır.

Alimlərin fikrincə idmanla intensiv məşğul olduğunuz saatlarda su içmək bir sıra fəsadlara yol aça bilər. İdmanla məşğul olduğumuz zaman bədənimiz isinir və biz tez-tez əlimizi su şüşəsinə uzadıraraq normadan artıq maye qəbul edirik. Beləliklə, elektrolitlərin orqanizmdən çıxmasına maneə oluruq. Bundan əlavə artıq içilən su ürəyə ağırlıq verir.