Dini inancı ölümcül hala salan beyin şişi


Digərləri 01 Apr 2018 21:25:00 304 0

Dini inancı ölümcül hala salan beyin şişi

Beyin şişi olan bir qadın eşitmə qabiliyyətini itirdikdən sonra, xəyali dini göstərişlər eşitməyə başlayıb.

2015-ci ilin sonlarında 48 yaşlı Sarah adlı bir qadın İsveçrənin Bern şəhərində yerləşən xəstəxananın təcili psixiatriya şöbəsinə gəlir.

Özünü bıçaqlayan qadının sinəsində dərin yaralar var idi.

O, həkimlərə bilavasitə Allahın əmrinə əməl etdiyini deyir.

Xəstəni ilk qəbul edən həkim Sebastian Walther onun qısa ara ilə "müqəddəs" səslər eşitdiyini və bunların bəzən saatlarla davam etdiyini, eləcə də bədəninə vurduğu yaralara rəğmən bundan məmnun olduğunu söyləyir.

Aparılan axtarışlar nəticəsində müəyyənləşir ki, onun beynində səsləri ayıran mühüm bir düyün nöqtəsində beyin xərçəngi var.

Tədqiqatlar, insanların 5-19 faizinin qəribə səslər eşitdiyini göstərib. Bunların bəziləri zərərsiz olsa da, başqa ruhi problemlərlə birləşdikdə Sarahdakı kimi nəticələrə yol açır.

Bu cür eşitmə hallüsinasiyaları beynin hiss qəbulunun nə qədər həssas olduğunu göstərir. Bənzəri hal isə qavrama müddətinin işləkliyinə və qarışıqlığın nə dərəcədə olduğuna işıq tutur.

Sarahın eşitdiyi səslər hiss qabiliyyətimizin nə qədər həssas olduğunu göstərir

Sarah 13 yaşından bəri dini anlayışlara maraq göstərib. Ancaq bunların bir çoxu keçici olub.

Eşitmə hallüsinasiyalarına görə onun şizofrenik olduğu düşünülsə də, klassik əlamətlər sezilmirdi. Sosial mühitdən qaçmır, aşağı əhval-ruhiyyə göstərmirdi.

Waltherə görə, beynin həlledici nöqtəsində yerləşən bu şiş Sarahda yeniyetməlik dövründən mövcud olub. Dinə marağı da o zaman başlayıb.

Keçmişinə nəzər salındıqda Sarahın sadəcə dörd dəfə bu simptomları göstərdiyi üzə çıxıb. Hər dəfə də eyni cür.

Səslər eşidir, dinə marağı artır və dini qruplara qatılırmış.

Amma bu maraq qısa müddətdə yox olurdu. Uzun illər heç bir əlamət göstərməsə də, bir müddət sonra yenidən ortaya çıxırdı.

Həkimlər, şişin xoşxassəli və yavaş böyüyən növdən olduğunu və hallüsinasiyaların səbəbinin də bunda yatdığını düşünürlər.

Beyin şişə heç də həmişə uyğunlaşmır və buna görə də əlamətlər zamanla gəlib-gedirmiş.

Şişin yeri isə əməliyyat və ya radioterapiyaya imkan verməyib.

Sarahın dinə marağı eşitdiyi səslərlə əlaqələndirilirdi. Lakin bu maraq şiş səbəbi ilə də ola bilərdi.

Aparılan araşdırmalarda beynin bu hissəsinin maqnetik olaraq hərəkətə keçirilməsi ilə dinə marağın artdığı ortaya çıxıb.