31 yaşlı qadın doğuşdan sonra öldü VİDEO


Digərləri 01 Apr 2018 21:18:00 254 0

31 yaşlı qadın doğuşdan sonra öldü  VİDEO

Şəki Regional Perinatal Mərkəzində ana doğuşdan sonra ölüb. Türkan Məmmədova keysəriyə yolu ilə qız uşağını dünyaya gətirib. Bir neçə saat sonra qanaxma olub və əməliyyat aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm hadisəsi ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Ana doğuşdan sonra elə xəstəxanada dünyasını dəyişib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şəki şəhər sakini, 31 yaşlı Türkan Məmmədova martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib. Lakin 40 dəqiqəyədək davam edən əməliyyatdan sonra səhhəti pisləşib. Türkan Məmmədova görülmüş tədbirlərə baxmayaraq vəfat edib. Qohumları Türkan Məmmədovanın ölümündə həkimləri günahlandırırlar.


Xəbərə aid video