Yeni Huawei P20: Qaranlıqda "görməyə qadir" smartfon


Digərləri 01 Apr 2018 21:05:00 217 0

Yeni Huawei P20: Qaranlıqda "görməyə qadir" smartfon

Çinin Huawei şirkətinin yeni smartfonu ştativ və kamera işığı olmadan zülmət gecədə şəkil çəkməyə qadirdir.

P20 Pro smartfonu kifayət qədər işıq toplamaq üçün kameranın ekspozisiya müddətini 6 saniyə qədər uzada bilər.

Növbəti mərhələdə görüntü süni intellekt funksiyası vasitəsilə təkmilləşdirilir.

P20 smartfonu həmçinin üç kamera ilə təchiz olunan ilk telefondur.

P20 obyektləri tanımaq funksiyasına malikdir.

Huawei qaranlıqda "daha keyfiyyətli" şəkil çəkməyə qadir kamera ilə təchiz olunub