Küveytdə ağır yol qəzası: 15 nəfər ölüb


Dünya 01 Apr 2018 21:06:00 246 0

Küveytdə ağır yol qəzası: 15 nəfər ölüb

Küveytdə ağır yol qəzası baş verib, iki avtobus toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 15 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Hadisə "Artel Highway" yolunda, ölkənin paytaxtı yaxınlığında baş verib. Qeyd olunur ki, avtobuslar işçiləri daşıyırdı.