Alimlər barmaq şaqqıltısı səsinin tənliyini kəşf edib


Digərləri 01 Apr 2018 20:25:00 237 0

Alimlər barmaq şaqqıltısı səsinin tənliyini kəşf edib

Alimlərin diqqətini ən qıcıqlandırıcı insan vərdişlərindən biri sayılan barmaqların şaqqıldadılması çəkib.

ABŞ və Fransa tədqiqatçıları deyir ki, xarakterik şaqqıltı səsi riyazi tənliklərlə izah oluna bilər.

Bu problem təxminən bir əsrdi ki, müzakirə olunmaqdadır.

Bu yaxınlarda isə Fransada təhsil alan tələbə Vineeth Chandran Suja və onun müəllimi, École politexnik universitetində mühazirələr oxuyan doktor Abdul Barakat ilə barmaq şaqqıltısı probleminə dair silsilə tənliklər kəşf ediblər.

"Birinci tənlik şaqqıltı zamanı oynaqlarda təzyiqin dəyişməsini müəyyən edir, - hazırda Kaliforniyada Stanford Universitetinin aspirantı olan Chandran Suja BBC-yə deyib.

- İkinci tənlikoynaqdaxili mayedəki qabarcıqların ölçüsünün təzyiqdən asılı olaraq dəyişməsini müəyyən edir. Üçüncü tənlik isə hava qabarcığının ölçüsünün dəyişməsi ilə səsin çıxması arasında əlaqəni müəyyən edir."

Həmin tənliklər barmaq şaqqıltısnın riyazi modelini təşkil edir, Chandran Suja qeyd edib.

"Barmaqlarımızı şaqqıldadanda oynaqlar dartılır, - o izah edib. - Bu zaman oynaqdaxili təzyiq düşür.