İmam Cavadın gözəl əxlaqından nümunələr


Digərləri 01 Apr 2018 20:15:00 218 0

İmam Cavadın gözəl əxlaqından nümunələr

İmam Cavad (ə) da başqa Məsum İmamlar (ə) kimi hər bir insan üçün əxlaq nümunəsi idi. İmamın (ə) bu gözəl əxlaqından bir neçə nümunələrə işarə edək.

Sistan əhalisindən olan bir nəfər nəql edir: "Mötəsim xəlifə olan ilk ili İmam Cavadla (ə) həcc səfərində birlikdə idik. Bir gün yemək süfrəsində Həzrətə (ə) dedim: "Qurbanın olum, bizim diyarın hakimi elə bir insandır ki, siz Əhli-Beytin (ə) vilayətini qəbul edir və sizi sevir. Mən borcluyam və ona bir qədər maliyyə hesab ödəməliyəm. Əgər məsləhət bilirsinizsə, onun üçün məktub yazın və ondan istəyin ki, məndən müğayat olsun".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Mən onu tanımıram". İmama (ə) dedim: "O, siz Əhli-Beytin (ə) dostlarındandır və sizin tövsiyəniz mənim üçün faydalı olardı".

İmam (ə) kağız istəyir və belə bir yazı yazır: "Bismilləhir-Rahmənir-Rahim! O kəs ki, mənim məktubumu gətirəcəkdir, sənin gözəl əqidəndən mənə danışdı. Həqiqətən sənin bəhrən ancaq o şeydir ki, qardaşlarının haqqında edirsən. Ona görə də davamlı olaraq qardaşlarına yaxşılıq et və bil ki, Allah Təala sənə sual verəcəkdir. Sən işində məsulsan, baxmayaraq ki, xardal zərrəsi qədər olsa belə".