Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub


Digərləri 01 Apr 2018 20:16:00 230 0

Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

Hadisə 1 saylı orta məktəbin qarşısında baş verib

Mingəçevir şəhərində azyaşlı uşağı maşın vurub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, 1 saylı orta məktəbin qarşısında baş verib.

İlkin məlumata əsasən, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Yəhyayev Əli Zaur oğlunu vurub. Sürücünün müşayiəti ilə yaralı xəstəxanaya çatdırılıb.

Uşaq hadisə baş vermiş ərazidəki 45 saylı binada yaşayır.

Faktla bağlı araşdırma aparılır.