Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub
Sosial 01 Apr 2018 19:59:20 250 0
Hadisə 1 saylı orta məktəbin qarşısında baş verib
Mingəçevir şəhərində azyaşlı uşağı maşın vurub.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, 1 saylı orta məktəbin qarşısında baş verib.
İlkin məlumata əsasən, “VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Yəhyayev Əli Zaur oğlunu vurub. Sürücünün müşayiəti ilə yaralı xəstəxanaya çatdırılıb.
Uşaq hadisə baş vermiş ərazidəki 45 saylı binada yaşayır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az